26.11.2021

ASCO-nun Təlim Tədris Mərkəzində yanğın zamanı təxliyəyə dair təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə yanğın zamanı işçilərin və dinləyicilərin təxliyəsinə dair təlim keçirilib.

Nəzəri və praktiki hissələrdən ibarət təlimin əsas məqsədi yanğın zamanı işçilərin və dinləyicilərin Təlim Tədris Mərkəzinin binasından təxliyəsi üzrə bacarıqlarını artırmaqdan ibarət olub.

Təlimin nəzəri hissəsində yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.  Praktiki hissədə isə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə üzrə məşqlər keçirilib.

Təlim uğurla başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır