27.04.2021

ADDA tələbələri “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” adlı konfransda iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında magistrant, kursant və tələbələrin iştirakı ilə  “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” adlı VIII elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunan konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elektrik mühəndisliyi” və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları da qatılıblar. Onlar həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyinin problemləri və təhlükəsizlik problemlərinə həsr olunmuş məqalələrlə çıxış ediblər. 

Akademiyanın magistrantları həmçinin Xəzər dənizində baş verən qəzaların statistikası və başvermə səbəblərinin təhlili, su nəqliyyatı qəzalarının qarşısının alınması üçün görülən tədbirlər, dəniz nəqliyyatında qəza göstəricilərin təhlili, gəmilərdə yanğın təhlükəsizliyinin informasiya parametrlərinin analizi və s. kimi maraqlı mövzularda məruzələr təqdim ediblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır