19.03.2021

ADDA  "İşğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda Elmi Seminar keçirəcək

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı və “İngilis dili” kafedrasının iştirakı ilə 20 aprel 2021-ci il tarixində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda onlayn Elmi Seminar keçiriləcək.

Seminarda həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğularının tikintisi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enerji istehsalı texnologiyaları” və Azərbaycan Texniki Universitetinin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedralarının da iştirakı nəzərdə tutulub.

 Bu aktual mövzunun müzakirəsinə qoşulmaq üçün bütün hüquqi və fiziki şəxslər dəvətlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır