23.02.2021

Türkiyə dənizdə hərbi təlimlər keçirəcək

Türkiyənin Hərbi Dəniz Qüvvələri fevralın 25-dən martın 7-dək “Mavi Vətən – 2021” adlı dəniz təlimləri keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər ölkənin Egey və Aralıq dənizləri akvatoriyasında baş tutacaq.

Təlimlərdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı Quru Qoşunları və Hərbi Hava Qüvvələri də iştirak edəcək. Bundan başqa, pilotsuz uçan aparatları da dəniz şəraitində sınanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır