20.04.2017

Gəmiçiliyin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti  üçün “Davranış əsaslı təhlükəsizlik ” mövzusunda keçirilən iki günlük təlim yekunlaşıb. Təlim müddətində işçilərə qəza zamanı davranış  səviyyəsinin yüksəldilməsi ilə bağlı  müxtəlif üsullar öyrədilib. Uzun illər dənizdə çalışan kapitan Titos Giannakakis həm öz təcrübəsini, həm də dünyada mövcud olan təcrübəni təlim iştirakçıları ilə  bölüşüb. Belə ki, dinləyicilər “Davranış əsaslı təhlükəsizlik” təlimi ərzində qəzanın əsl səbəbini müəyyənləşdirmək üçün dəlillərin təhlili, qəza barədə məlumat verilməsi, onun araşdırılması və sonrakı prosedurlara, müvafiq təlimatlara riayət olunması prosesinə dərindən yiyələniblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır