Tahir Behbudov həyatının 45 ilini gəmiçiliyə həsr edib. Əmək fəaliyyətinə 1970-ci ildə matrosluqdan başlayan veteran dənizçi kapitan vəzifəsinədək yüksəlməyi bacarıb. 22 il fasiləsiz olaraq “Süleyman Vəzirov” borudüzən gəmisini idarə edib.
#DənizçiÖmrü layihəsində işgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə həmkarları arasında hər zaman xüsusi hörmət və sevgiylə xatırlanan Tahir Behbudovu yaxından tanıyacağıq.