24.03.2021

Vətən müharibəsində qəhrəmancasına iştirak edən ASCO əməkdaşı Araz İslamovun döyüş yolu - VİDEO

Vətən müharibəsində qəhrəmancasına iştirak edən ASCO əməkdaşlarından biri də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun usta köməkçisi Araz İslamovdur.

Doğma Qarabağı qaniçənlərdən təmizləmək üçün mübarizə apardığımız haqq savaşına böyük ruh yüksəkliyi ilə qatılan Araz deyir ki, indi həmin günləri fəxr və qürurla xatırlayır. O, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfəri tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlara yazıldığını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır