21.04.2021

Abramoviçin yarım milyardlıq super yaxtası Almaniyada sınaqdan keçir

Milyarder Roman Abramoviçin “Solaris” adlı yeni super yaxtasının Almaniyada dəniz sınaqlarına başlanıb. 

"Seanews.az" xəbər verir ki, 4 ildir, tam məxfi şəraitdə inşa olunan yaxtanın xarici tərtibatı məşhur dizayner Endryu Nyuson tərəfindən işlənib. 

Uzunluğu 140 metr olan yaxta 8 göyərtədən ibarətdir. Burada ümumilikdə 66 nəfərlik kayut mövcuddur.  Bundan başqa, yaxtanın lift, idman zalı, vertolyot meydançası, cakuzi, eləcə də hovuzu var.

İnşası yarım milyard dollara başa gəldiyi bildirilən “Solaris”in sürəti 18 uzeldir. 

Qeyd edək ki, R.Abramoviçin ən böyük yaxtası “Eclipse”dir. Onun uzunluğu 162.5 metrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır