18.03.2021

Bir göz qırpımında öküzü parçalamağa qadir olan balıqlar - FOTOLAR

Cənubi Amerikanın çay və göllərində çox da böyük olmayan, təxminən 30 santimetr uzunluğunda piraniya balıqları yaşayır. Ülgüc kimi iti dişləri olan bu balıqlar çox  aqressivdir.

Piraniyalar qarşılarına çıxan bütün heyvanlara, istər balıq olsun, istərsə də suya düşən hər hansı başqa heyvan, hamısına hücum edir. Onlar bir göz qırpımında öküzü elə parçalayar ki, ondan yalnız quru sümük qalar.

Sürüləri piraniyaların yaşadığı çaydan keçirməyə məcbur olan çobanlar heyvanların birini bu yırtıcılara qurban verməli olurlar. Piraniyaların başı bu heyvana qarışdığı müddətdə, sürü  çayı salamat keçə bilir.

Piraniyaların bədxahlığı hətta onların öz aralarında didişməsinə, biri-birinə hücum etməsinə gətirib çıxarır. Lakin buna baxmayaraq bəzi həvəskar-akvariumçular bu balıqları evdə saxlamağa risk edirlər. Deyilənə görə, təbii yaşam arealından məhrum olan piraniya öz aqressivliyini itirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır