01.03.2017

“Qara dəniz” niyə belə adlanır?

Fırtına zamanı günün günorta çağı dənizin üzərinə tutqun qara buludlar çökür. Sanki birdən–birə axşam olur. Elə bu səbəbdən ona  “Qara dəniz” deyirlər.  Dənizə bu adı günəşli Aralıq dənizi sahillərində məskunlaşmış türk və fars səyyahları veriblər. Qara buludlar nəticəsində qaranlığa qərq olan dənizi görən İran səyyahlar  onu “Aşhayena” (qədim iran dilində “tünd”, “qara”), türk səyyahları isə “Kara dəniz”  adlandırıblar. Dənizin sahillərində məşkunlamış xalqların verdiyi adların hamısı “Qara” mənasını daşıyır. Məsələn, bolqarlar – “Çerno more”, ukraynalılar – “Çerne more”, rumınlar – “Marea Neaqra”, ruslar – “Çernoe more” kimi sözlərdən istifadə edirlər. Hətta, Qara dəniz düzənliklərində yaşamış qədim skiflər də bu dənizi Tana – Qara dəniz adlandırırdılar.Dənizin adının yaranması ilə bağlı yaxın zamanlarda yaranan kimyəvi hipotezi isə  tarixçilər qəbul etmirlər. Onlar  müxtəlif dövrlərdə, müxtəlif xalqların dənizə verdiyi “qara”, “qaranlıq”, “tutqun” “qanaqsevməyən” və s. kimi adlarla razılaşırlar. Təbiətşunaslıq baxımından da bu dənizin özünəməxsus xüsusiyyətləri var. Onun yayı sakit, qışı fırtınalı olur. Düzdür, dənizdə qışda  sakit və günəşli havalar da müşahidə edilir. Amma bu ,  nadir hallarda baş verir. Ən sərt qışlarda belə onun suyu donmur. Şaxta olanda dənizin üzərində yalnız qar “sıyığı” və ya buz “blinləri” əmələ gəlir . Soyuqlar düşən zaman dənizin üstünü bütünlükdə duman bürüyür. Sübh tezdən Qara dənizi bürüyən duman artıq oktyabrda peyda olur və  bu da dənizə bir gözəllik ,  bir rəng verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır