27.11.2020

“DFDS” şirkəti hidrogenlə çalışan bərə hazırlayır

“DFDS” şirkəti və tərəfdaşları, hidrogen yanacaq elementləri ilə çalışan bərənin layihəsinə maliyyə dəstəyi üçün Avropa Birliyinə müraciət ediblər.

“Seanews.az” xəbər verir ki, hidrogen Kopenhagen sahilləri yaxınlığında dəniz-külək enerjisi elektroliz stansiyasında istehsal ediləcək.

Bərə Oslo-Frederikshaven-Kopenhagen marşrutu üzrə istismar ediləcək. Gəminin hidrogen yanacağı qurğusunun gücü 23 Mvt-a bərabər olacaq.

Bərə 120 ədəd böyük yükü və ya 380 ədəd minik avtomobilini daşımaq qabiliyyətinə malik olacaq. Sərnişin tutumu 1800 nəfərə qədər olacaq.

Şərti olaraq “Europa Seaways” adlandırılmış bərə 2027-ci ildə istismara veriləcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır