27.11.2020

Gəmilərdə sənədləşdirmə işləri xeyli azalacaq

Gəmilərdə əməliyyatları real vaxt rejimində araşdıran, həm gəmilərdə həm də quruda işin səmərəliliyini artıran yeni tətbiq işə salınacaq.

“Seanews.az” xəbər verir ki, “Online ABLOG” adlanan yeni tətbiq “Mitsui OSK Lines” və “Microsoft” şirkətlərinin birgə layihəsidir. Adı çəkilən tətbiqin istifadəsi üçün xüsusi proqram təminatına ehtiyac yoxdur. Belə ki, bu tətbiq peyk vasitəsilə veb-brauzerdə işə salınır.

Bu proqram təminatının istifadəsi bir gəmidə il ərzində sənədlərin işlənməsinə ayrılan 880 saat vaxta qənaət edir.

 “Online ABLOG” tətbiqi artıq 197 ədəd gəmidə istifadəyə verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır