22.06.2017

Dənizçilərin sahildə istirahətinin təşkili haqqında layihə işə salınıb

Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (ITF) dəstəyi ilə 2006-cı ildə (MLC-2006) qəbul edilən “Dənizdə əmək haqqında” Konvensiya çərçivəsində dənizçilərin sahildə asudə vaxtının təşkili layihəsinə başlanılıb. Proqramın kuratoru Lyusi Kuper bildirib ki, limanlarda yaradılan dənizçi mərkəzlərinin (Unmanned Maritime Centers) özəlliyi xidmət heyətinin olmamasıdır. Layihəyə əsasən, xüsusi təchiz olunmuş konteynerlərdə dənizçilər pulsuz WI-FI xidmətinə qoşula, ticarət avtomatları vasitəsilə qida ala, hətta təzyiqlərini ölçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır