06.07.2017

Dənizçilər üçün önəmli beş telefon proqramı- SİYAHI

“Seanews.az” dənizçilərin işinə yarayacaq 5 vacib telefon proqramını təqdim edir. Səfərə çıxmamışdan əvvəl telefonunuzda bu proqramları quraşdırmağınız məsləhətdir. 1. ITF Seafarers – Dənizçi Dəstək proqramı ITF (International Transport Workers’s Federation) dənizçilərin haqlarını qorumaq və problemlərini aradan qaldırmaq üçün fəaliyyət göstərən fedarasiyadır. “ITF Seafarers” tətbiqi isə gəmi məlumatları ilə zəngindir. Bu ödənişsiz proqram sizə dənizçiliklə bağlı önəmli bilgilər qazandıra bilər.   2.  ITF Shore Leave – Limanı tərk etmək üçün proqram Yəqin, “Seamans Club” barədə məlumatınız var. Bəzi ölkələrdə “Seamans Club” bir dənizçinin limanda sevdikləriylə ünsiyyət qurması, istirahət və  yüngülvari qəlyanaltı etməsi, şəhər haqqında məlumatlar ala bilməsi üçün etibarlı yerlərdir. “ITF Shore Leave” tətbiqi getdiyiniz limanda sizə ən yaxın “Seamans Club”, şəhər mərkəzinə ən ucuz və etibarlı nəqliyyat kimi əhəmiyyətli məlumatları internet olmadan pulsuz təklif edir. 3. Duolingo Translator – Xarici dil öyrənmək üçün proqram Gəmidə işləmək həm də əcnəbi insanlarla qarşlaşmaq deməkdir.  Fərqli bir dili danışan və fərqli mədəniyyətlərə sahib olanlarla  ünsiyyət bəzən heç də asan olmur. Bununla bağlı probleminiz varsa narahatlığa əsas yoxdurş İngilis dilini öyrənmək və ya inkişaf etdirmək üçün “Duolingo” sizə köməkçi ola bilər. 4. Voyage Calculator – Səfər Hesablama proqramı Canada Saint John limanındasınız. İstiqamətiniz  Port Kemblayadır. Sizcə , neçə gün çəkər? , Hardan daha yaxındır? ,   Bəs,  Port Kembla hansı ölkədədir? Kimsəyə ehtiyac olmadan bu sualların cavabını “Voyage Calculator” tətbiqindən ala bilərsiniz. 5. Equasis – Gəmi Məlumat Bankı proqramı Bütün gəmilər barədə burdan məlumat öyrənmək mümkündür. Məsələn, hansı gəmi hardadır? Həmin gəmilərin parametrləri nədən ibarətdir? Olduğunuz ərazi hansı limana yaxındır? Proqramlar Android ve IOS telefonlar üçün uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır