06.07.2017

Yaxın zamanlarda internetə çıxışı olan “konteyner” buraxılacaq- FOTO

Dənizçilər üçün  internetə çıxışı olan kompakt mərkəzlər yaradılacaq.  Ekspertlərin fikirincə, sahil-məişət rahatlığı  dənizçinin  sağlamlığı və psixologiyası üçün çox vacibdir.  Elə  dənizçilər arasında sorğunun cavabları  da onu göstərir ki, internetə çıxış rahat səfər üçün ən vacib amillərdən biridir. Bunun üçün okean və dənizlərdə internet-konteyner qovşaqları yaradılacaq. Həmin qovşağa WiFi şəbəkələri ilə qoşulmaqla gəmi heyəti internetə çıxış əldə edəcək. Qovşaqlar xüsusi konteynerlərin içində ,  konteynerlər  isə platformalar üzərində quraşdırılacaq. Sistem  günəş enerjisi ilə çalışacaq. Hazırda yeni innovasiyanın hazırlanması üçün layihələndirmə işlərinə start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır