07.07.2017

Liman günəş enerjisi ilə işləyəcək

İsveçin Frixamnen limanında günəş batareyalarının istifadəsinə başlanılıb. Günəş enerjisinin bütün müəssisənin fəaliyyətini təmin edəcəyi planlaşdırılır. Layihəni gerçəkləşdirən “Port of Stockholm” şirkəti günəş panelləri sistemini genişləndirmək niyyətindədir. Unikal qurğu limanın inzibati binasının damında yerləşdiriləcək. Batareyaların 83 kvt enerji istehsal edəcəyi ehtimal edilir. Günəş enerjisinin istismarına marağın artmasında 1 iyul 2017-ci il tarixindən bu növ enerjiyə verginin nisbətən azaldılması mühüm rol oynamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır