01.03.2017

İlk avtomat-gəmi tikilir

Dünyada ilk avtomatik gəmi Norveçdə tikiləcək. Üzən vasitə şelfdə servis əməliyyatlarının aparılması üçün nəzərdə tutulub. “Hrönn” adlı gəmi 2018-ci ildə suya buraxılacaq. Qeyd edək ki, model artıq sınaqdan uğurla keçib. İxtiraçıların sözlərinə görə, gəmi ilk vaxtlarda sükançı idarə edəcək. Sonra tamamilə avtomatik rejimə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır