09.06.2017

Bakıda “Dəniz Kuboku-2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqustunda Xəzər dənizinin ölkəmizə aid ərazi sularında təşkil olunması nəzərdə tutulan “Dəniz Kuboku – 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. Sonra konfrans iştirakçıları  müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirib. Sonda konfransın yekun protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır