04.05.2021

ASCO yeni açıq müsabiqə elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) taxta materiallarının satınalınması məqsədilə açıq müsabiqə elan edir. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il mayın 21-i saat 17:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.  Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Ünvan: Bakı şəhəri,Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır