22.04.2021

ASCO yeni açıq müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) “Prezident Heydər Əliyev” və “Şuşa” gəmilərinin gövdə və mexanizmlərinin sığorta xidmətlərinin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il aprelin 29-u saat 18:00-dəkdir.  Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Ünvan: Bakı, Neftçilər prospekti 2

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1132. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır