10.03.2021

ASCO yeni açıq müsabiqəsi elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmiləri və "ASCO Nəqlliyyat" MMC balansında olan nəqliyyat vasitələri üçün tələb olunan müxtəlif sənaye və sürtgü yağları satınalınması məqsədi ilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 2021-ci il Mart 17-i saat 17:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).Ünvan: Bakı, Neftçilər prospekti 2, Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır