10.02.2021

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dənizçilərin (sıravi heyət) işə qəbulu yaranmış tələbat daxilində ASCO-nun tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından ASCO-nun “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Yalnız əlavə tələbat və təcili zərurət yarandıqda, o cümlədən ASCO-nun tabeliyindəki təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadıqda kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxılır.

Ölkəmizdə dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris kurslarının gələcəkdə ASCO-ya işə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. ASCO bütün maraqlı şəxslərin  diqqətinə çatdırır ki, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər təhsil müəssisələri ASCO-ya aid deyil. Məhz, Gəmiçilikdə çalışmaq istəyən bütün vətəndaşları ASCO-nun tabeliyindəki təhsil qurumlarında tədris almağa dəvət edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır