26.05.2017

Gəmiçilik dəftərxana ləvazimatları və gəmi boyaları almaq istəyir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəftərxana ləvazimatlarının və gəmi boyalarının satın alınması məqsədi ilə açıq müsabiqələr elan edib. Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciətlər iyunun 2-nə qədər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir. Telefon: (012) 493-41-52.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır