04.05.2021

Rusiya dünyada ilk dəfə olaraq avtonom gəmi idarəetməsini nümayiş etdirib

Rusiya Federasiyası dünyada ilk dəfə real şəraitdə avtonom naviqasiya nümayiş etdirib.

“Seanews.az” xəbər verir ki, prosesin videoyazısı Beynəlxalq Dəniz Təşkilatının (İMO) nümayəndələrinə onlayn konfrans zamanı göstərilib.

2020-ci ilin dekabrında Rusiya hökuməti, Dövlət Bayrağı İdarəsi, Beynəlxalq Dəniz Təşkilatının avtonom gəmilərin sınağına dair müvəqqəti təlimatlarını nəzərə alaraq bu təcrübənin aparılmasına dair fərman təsdiqlənib.

Dünyanın ən böyük və ən iddialı avtonom naviqasiya üzrə genişmiqyaslı pilot layihəsinə 2019-cu ildə “MARİNET” sənaye mərkəzinin himayəsi altında Rusiyanın bir qrup gəmiçilik və texnologiya şirkəti, tədqiqat mərkəzləri və universitetləri tərəfindən start verilib.

“a-Navigation” layihəsinin müəllifi və rəhbəri Aleksandr Pinski dənizdə tez-tez edilən səhvlərin qarşısını almaq və təhlükəsizliyi artırmaq üçün gəmiçilik şirkətlərini bu layihədən yararlanmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır