19.04.2021

Volqa-Don kanalında naviqasiyanın açılması ilə gəmilərin hərəkəti intensivləşib

Volqa-Don kanalında naviqasiyanın açılması ilə “Volqa” gəmiçilik şirkətinə məxsus gəmilər daxili su yollarının cənub bölgəsində fəaliyyətə başlayıblar. 

“Seanews.az” xəbər verir ki, cari ildə sözügedən kanaldan ilk olaraq “VF Tanker-13” adlı gəmi keçib.

Tanker Türkmənbaşı limanından (Xəzər Dənizi) Qara dənizin neytral sularına 4000 tondan çox kükürdlü mazut tədarük edib. 

Səfərini uğurla başa çatdıran gəminin heyət üzvləri aprelin 15-də səyahət zamanı çəkilmiş fotolarını paylaşıblar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır