16.04.2021

Türkiyəyə məxsus "Banu S" gəmisi saya oturub

Türkiyə bayrağı altında üzən “Banu S” adlı gəmi Çanaqqalanın Bozcaada hissəsində saya oturub.

“Seanews.az” xəbər verir ki, dərhal gəminin kapitanı kömək üçün müraciət edib. Bundan sonra Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları əraziyə göndərilib.    

İlkin məlumata görə, hadisə zamanı gəmidə doqquz nəfər dənizçi olub. Heyət üzvləri arasında ölən və xəsarət alan yoxdur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır