13.04.2021

“Pyotr Veliki” gəmisi tamamlanma işləri üçün suya salınıb

Həştərxanın “Lotos” gəmiqayırma zavodunda inşa edilən “Pyotr Veliki” kruiz gəmisinin tikintisinin birinci mərhələsi tamamlanıb. İnteryerinin təmiri məqsədilə gəmi suya salınıb.

“Seanews.az” xəbər verir ki, artıq gəminin tikintisi üzrə işlərin 75%-i başa çatıb. Hazırda elektrik və havalandırma sistemlərinin quraşdırılması istiqamətində iş aparılır. 

İnşası 5 il davam edən gəminin ilk sınaq üzüşləri cari ilin noyabrına planlaşdırlır.  Gəminin 2022-ci ilin mayında Moskva Çay-Dəniz Gəmiçiliyinə təhvili nəzərdə tutulur.

Uzunluğu 141, eni 16.8 metr olan gəminin sərnişin tutumu 300 nəfərdir. 

“Pyotr Veliki” kruiz gəmisi Qara, Azov və Xəzər dənizləri ilə yanaşı Rusiyanın Avropa hissəsinin su yollarında sərnişin daşıyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır