12.04.2021

Çilidə xarici vətəndaşların ölkəyə daxil olması qadağası dənizçilərə şamil edilməyib

Çili aprelin 5-dən xarici vətəndaşlar üçün sərhədlərini bağlı elan edib. Lakin ölkəyə müvəqqəti giriş və çıxış qadağası nəqliyyat üçün vacib mallara və əməkdaşlara, habelə gəmi heyətinə xidmət edən işçilərə şamil olunmayıb. 

“Seanews.az” xəbər verir ki, qərar qəbul olunarkən Beynəlxalq Dəniz Təşkilatının (İMO) tövsiyələri nəzərə alınıb. 

Yeni qaydalara əsasən, heyət dəyişikliyi üçün ölkəyə gələn dənizçilər liman və hava limanlarından istifadə edə bilərlər.  Ölkəyə daxil olmuş xarici ticarət gəmilərinə yeni heyət üzvləri təyyarə vasitəsilə gətiriləcək.

Çili hökumət rəsmilərinin sözlərinə görə, dənizçilər həyati vacib məhsulların təmin və tədarükündə mühüm rol oynayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır