12.04.2021

Saya oturan gəmidə bu dəfə yanğın oldu - FOTOLAR

İstanbulun Zeytunburnu rayonu sahillərində bu ilin yanvar ayında saya oturan “Streamline” adlı yük gəmisinin  xilasedilmə əməliyyatları zamanı anidən yanğın baş verib. 

“Seanews.az” xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb və nəzarətə alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur. 

Qeyd edək ki,  Komor Adaları bayrağı altında üzən “Streamline” adlı yük gəmisi  bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən yanvarın 30-da saya oturmuşdu. Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus xilasedici gəmilərin köməkliyi “Streamline”də olan iki heyət üzvü xilas edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır