12.04.2021

Şimali Koreya 3000 tonluq sualtı gəmi hazırlayıb

KXDR çəkisi 3 min ton olan sualtı gəminin inşasını başa çatdırıb.

APA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası və ABŞ-ın kəşfiyyat məlumatlarında göstərilib.

Həmsöhbətlərdən biri qeyd edib ki, KXDR “sualtı qayığı ABŞ-a təzyiqi artırmaq kimi məqsədlər də daxil olmaqla maksimum strateji effektiv şəkildə təqdim etmək üçün doğru vaxt axtarır”.

“Yonhap” agentliyi yazır ki, yeni sualtı qayığın nümayişi zamanı KXDR ballistik raket sınağı da həyata keçirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır