08.04.2021

Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqlayıb

İstanbulda gəmiçilik kanalının tikintisi yayda başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə İstanbul kanalının tikintisindən imtina etməyəcək.

Qeyd edək ki, İstanbul kanalının tikintisi 5 ilədək davam edəcək. Bosfor kanalına paralel çəkiləcək kanalın uzunluğu 45 kilometr, eni 600 metr olacaq. Gündəlik buraxılış gücü 150-160 gəmi təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır