07.04.2021

İrana məxsus gəmiyə hücum olub

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus yük gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb.

Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində gəmi heyəti arasında xəsarət alanlar var.

Hücuma görə hələ ki, heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır