06.08.2018

Sərxoş kapitan gəmini quruya oturdub – VİDEO

5 min ton buğda daşıyan 130 metrlik “BBC Lagos” gəmisi İsveçin Oresund boğazındakı Helsingburg limanının yaxınlığında quruya oturub.  Hadisəyə səbəb kimi kapitanın spirtli içki qəbul etməsi göstərilir. “Seanews.az” xəbər verir ki, “BBC Lagos”-un yaxınlığından keçən yedək gəmisinin heyəti onun marşrutdan kənara çıxdığını görüb. Heyət üzvləri kapitanla əlaqə saxlamağa çalışlar da, cəhdləri baş tutmayıb. İsveç polisinin saxladığı 53 yaşlı kapitanın qanında 2,5 promil spirt aşkarlanıb. Onun şənbə gününüdək məhkəmə qarşısına çıxarılması gözlənilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır