07.08.2018

Sakit okeanda “Con” qasırğası formalaşıb

Sakit okeanda Meksika sahillərində “Con” tropik qasırğası formalaşıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 120 kilometrə çatır. Hazırda “Con” qasırğası Mansanilyo şəhərindən 515 kilometr aralıda yerləşir. Qeyd edək ki, tropik qasırğaya onu müşayiət edən küləyin sürəti saatda 62 kilometri keçdikdən sonra ad verilir. Qasırğaya “Saffir-Simpson” şkalası ilə birinci kateqoriya verilməsi üçün onun küləyinin sürəti saatda 120 kilometrdən artıq olmalıdır. Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır