09.08.2018

Roma dövrünə aid gəmi qalığı tapılıb

Rus tədqiqatçıları Qara dənizdə Roma dövrünə aid olduğu iddia edilən gəmi qalığı aşkarlayıblar. “Seanews.az” xəbər verir ki, qalıqlar Krım Muxtar Respublikasının Balaklava şəhəri yaxınlığında  Qara dənizin 90 metr dərinliyində tapılıb. Rus arxeoloqları bildiriblər ki, bu gəmi qalıqları taxta yelkənli qayığı  xatırladır. Kəşfi həyata keçirən arxeoloqların lideri Roman Dounayev Kırım bölgəsində daha öncə Roma gəmilərinə rast gəlinmədiyini deyib. Onun sözlərinə görə,  bu istiqamətdə araşdırmalar davam etdirələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır