09.08.2018

İngilis kanalında yük gəmisi yaxta ilə toqquşub

Hollandiyaya məxsus universal quru yük gəmisi “Lady Nola” Dungenesin cənub şərqində İngilis kanalında yaxta ilə toqquşub. “Seanews.az” xəbər verir ki, hadisə avqustun 8-də səhər saatlarında gəmi Riqadan Sussexə gedərkən baş verib. Toqquşma zamanı “Lady Nola” aşağı sürətlə hərəkət edirmiş. Hadisədə ölən və yaralanan olmayıb, lakin yaxtanın dor ağacı gəminin üst quruluşuna ziyan vurub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır