03.08.2018

İstanbul boğazı tranzit gəmilərin hərəkəti üçün 3 saat bağlı qalıb

İstanbul boğazını keçərkən Yunanıstan dövlət bayrağı altına üzən “Nissos Therassia” adlı tankerdə nasazlıq yaranıb.  252 metr uzunluğu olan xam neft daşıyan gəminin idarə olunmaz hala düşməməsi üçün əraziyə xilasedici gəmilər cəlb olunub. Tankerin qoşqu ilə Mərmərə dənizinə çəkilməsi üçün 3 saata yaxın vaxt keçib. Bu müddətdə boğaz tranzit gəmilərin hərəkəti üçün bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır