26.07.2018

Babül-Məndəb boğazı bağlanıb – SƏBƏB

Səudiyyə Ərəbistanına aid iki neft tankerinin Qırmızı dəniz sularında husilərin silahlı hücumuna məruz qalmasından sonra Babül-Məndəb boğazından həyata keçirilən neft transferləri dayandırılıb. Bu barədə Səudiyyə Ərəbistanı Enerji, Sənaye və Mədən qaynaqları naziri Halid Bin Abduləziz el-Faleh məlumat verib. O bildirib ki, Boğaz üzərindən reallaşdırılan xam neft transferi təhlükəsizlik tam təmin olunanadək dayandırılacaq. Faleh husilərin gəmilərə yönəlik təhdidlərinin Qırmızı dəniz və Babül-Məndəb boğazındakı beynəlxalq ticarət və dəniz daşımalarına mənfi təsir göstərdiyini qeyd edib. Qeyd edək ki, Səudiyyə Ərəbəistanı beynəlxalq neft və qaz şirkəti “ARAMCO” da Babül-Məndəb boğazında vəziyyət stabilləşənədək bütün neft nəqlini təcili və müvəqqəti dayandırıdığını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır