30.07.2018

Yükboşaltma əməliyyatı zamanı konteynerlər suya düşüb

Yük boşaltma əməliyyatları zamanı Malta bayraqlı “APL ANTWERP” gəmisindən 8 konteyner suya düşüb. “Seanews.az” xəbər verir ki, hadisə dünən “Norfolk” Beynəlxalq Konteyner Terminalında baş verib. Konteynerlərdən üçünü çıxartmaq mümkün olsa da, beşi suda batıb. Hadisə ərazidə gəmilərin normal hərəkətinə problem yaradıb. “Gold Dust” yük gəmisi limana gələrkən bir neçə saat manevr etmək məcburiyyətində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır