18.07.2018

Sərnişin gəmisi vulkanik lavaya tuş gəlib

Havaidə “Kilauea” vulkanının püskürməsi nəticəsində sərnişin gəmisində xəsarət alanlar olub. Şahidlərin görüntülədiyi videodan bəlli olur ki, göyərtəsində 43 sərnişin və 3 heyət üzvü olan gəmi vulkanik lavaya tuş gəlib. Nəticədə 23 nəfər yanıq xəsarəti alıb. May ayının əvvəlində Havay adasında “Kilauea” vulkanının aktivləşməsindən sonra yerli orqanlar 10000-ə yaxın insanın  təxliyə olunması barədə məlumat veriblər. Təbii fəlakətdən 700-dən çox ev uçub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır