23.07.2018

İran ABŞ-ı Hörmüz Boğazını bağlayacağı ilə təhdid edib

İran dini lideri Ayətullah Əli Xamneyi prezident Həsən Ruhaninin “Amerika Birləşmiş Ştatları İran neftinin satışına mane olarsa, Hörmüz Boğazını bağlayacaq”larına dair açıqlamasına dəstək verib. “Seanews.az” xarici KIV-lərə istinadən xəbər verir ki, A.Ə.Xamneyi paytaxt Tehrandakı iqamətgahında Xarici İşlər Nazirliyi rəsmiləri, İranın ölkə xaricində səfirləri və diplomatik missiya nümayəndələrini qəbul edib. O, çıxışında deyib ki,  prezident Həsən Ruhaninin “İranın neft satışının qarşısı alınarsa, bölgədə heç kəs neft ixracı edə bilməz” bəyanatı İranın məsələyə dair siyasətini və mövqeyini ortaya qoyan mühüm açıqlamadır.  Bununla belə, Xamneyi bildirib ki, Vaşinqtonla danışıqlar yolu ilə problemləri ortadan qaldımağı düşünmək mənasızdır.  Xatrıladaq ki, İran prezidenti Həsən Ruhani 17 iyulda İsveçrədə ölkədəki iranlılarla bir araya gəldiyi toplantıda demişdi: ““Amerikalılar İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Əgər siz (amerikalılar – red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutur – red.) və nə ilə nəticələnəcəyini görün”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır