24.07.2018

Türkiyədə tur qayığında yanğın baş verib

Mersinin Bozyazı kəndində limanda dayanan “Nomia” adlı tur qayığında yanğın baş verib. Qayıq tamamilə yararsız hala düşüb. “Seanews.az” xəbər verir ki, tur qayığındakı yanğın uzun çalışmalardan sonra  nəzarətə alınaraq söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb. Səhər saatlarında baş verən yanğının səbəbləri hələlik məlum deyil. Bununla bağlı hazırda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır