06.07.2018

Tailand sahilində turistlərlə dolu iki qayıq aşıb

Tailandda, Phuket adasının sahilində turistlərlə dolu iki qayıq fırtınaya düşərək aşıb. Qayıqlarda ümumilikdə 130 turist olub. Bu barədə Tailandın “Phuket News” qəzeti məlumat yayıb. Seanews.az  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerində xilasetmə əməliyyatı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır