10.07.2018

Tailandda turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44-ə çatıb

Tailandın Pxuket adası sahillərində  “Feniks” turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Hazırda 3 nəfər itkin düşmüş hesab edilir. “Feniks” turist gəmisi iyulun 5-də Pxuket adası yaxınlığında batıb. Gəminin göyərtəsində əsasən Çindən olan turistlər olub. Fəlakətdən sonrakı ilk saatlarda balıqçılar və hərbi dənizçilər tərəfindən 49 nəfəri xilas edilib. APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır