10.07.2018

Qara dənizdə çimmək qadağan olundu – NİYƏ?

Rusiyanın Anapa şəhər rəhbərliyi dəniz kənarında istirahət edənlərə Qara dənizdə çimməyi qadağan edib. Bu qərara suyun temperaturunun aşağı olması səbəb olub. Qeyd olunur ki, bölgədə çimərliklərdə suyun temperaturu 14-16 dərəcəyədək azalıb. Temperaturun yaxın bir həftə ərzində qalxa biləcəyi ehtimal olunur.  Qadağa iyulun 8-dən tətbiq olunub, amma qərarın müddəti barədə məlumat verilmir. Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır