24.05.2017

Neft bazarlarında son tendensiya

Dünya neft  birjalarında fərqli tendensiya müşahidə olunur. “Seanews.az” xəbər verir ki, Nyu-York əmtəə birjasında Light neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,04% azalaraq 51,45 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 54,16 dollar olub.  Azərbaycan nefti bahalaşmaqda davam edir.  Belə ki,  “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,05 dollar və ya 0,09% artaraq 54,77 dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır