25.05.2017

Neft bazarlarında müsbət tendensiya hökm sürür

Dünya birjalarında neft bahalaşıb. Nyu-York  əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Light neftinin qiyməti 1 barelə görə 0,40 dollar və ya 0,78% artıb.  Hazırda bu markadan olan qara qızıl  51,76 dollara ticarət olunur. London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri  0,43 dollar və ya 0,80% artaraq 54,39 dollar olub. Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti də bahalaşma nümayiş etdirib. Belə ki, indi neftimizin  1 barelinin qiyməti 54,97 dollara bərabərdir. Bu , “Azeri LT CIF”-in  0,2 dollar və yaxud 0,37%  dəyər qazanması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır