19.05.2017

Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb. Nyu-York  birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Light neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,83% artaraq 49,76 dollar təşkil edib.  London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar və ya 0,74% artaraq 52,90 dollar olub. Azərbaycan neftinin qiymətində də artım dinamikası müşahidə edilir.  İndi “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,17 dollar və ya 0,32% artıb.  Beləliklə, neftimizin qiyməti 53,31 dollara çatıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır