17.09.2021

Çindən Rostov-Dona müntəzəm xətt açılıb

“Trans-Konteyner” şirkəti,  (“Delo” Şirkətlər Qrupuna daxildir) Uzaq Şərqin Naxodka limanı vasitəsi ilə Çindən Rostov-Dona konteynerlərdə yüklərin daşınması üçün multimodal xətt açıb.

“Seanews.az”-ın məlumatına görə, Çin limanlarındakı vəziyyətdən asılı olaraq konteynerli gəmilər Taysan, Ninbo və ya Şanxaydan Naxodkaya göndərilir. Dənizlə  6 günlük yol qət edilir. Gömrük prosedurlarından keçdikdən sonra konteynerlər liman terminalına köçürülür və sonra sürətlənmiş qatarın bir hissəsi olaraq Trans-Sibir dəmiryolu ilə Rostov-Dona gedir. Dəmir yolu ilə ümumi 14 günlük yol qət edilir.

Qeyd edək ki, yeni xidmət çərçivəsində iyul və avqust aylarında sınaq daşımaları həyata keçirilmişdi, sentyabr ayından isə xətt müntəzəm fəaliyyət göstərir. Yük bazasının böyük hissəsini istehlak malları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır