16.09.2021

Dəmir filizi ixracı üçün əsas limanın yük dövriyyəsi bir qədər azalıb

2021-ci ilin yanvar-avqust aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% azalaraq 362,36 milyon tona düşüb.

“Seanews.az”-ın məlumatına görə, bu müddət ərzində təxminən 357,92 milyon ton dəmir filizi ixrac edilib.

Hedland limanı Avstraliyanın dəmir filizi ixracı üçün əsas limanıdır. Limanın yük dövriyyəsi 2020-ci ildə 547,33 milyon ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır